“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda növbəti referat yazı müsabiqəsi keçirilib

    2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir.

    Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt rayonlarının orta məktəb şagirdləri arasında ənənəvi olaraq keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda növbəti referat yazı müsabiqəsinin keçirilməsi nəzərdə tutulmuşdur.

Müsabiqənin keçirilməsində əsas məqsəd xalqımızın Ümumilli Lideri, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycanın formalaşmasındakı fəaliyyətinin şagirdlər tərəfindən daha dərindən öyrənilməsinə töhfə verməkdir. Eyni zamanda onlara 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində qazanılmış Şanlı Zəfərin təbliği, eləcə də böyüməkdə olan gənc nəsilə doğma vətənə sevgi və məhəbbət hislərinin aşılanması, onlar arasında vətənpərvərlik ruhunun təbliğidir. Şübhəsiz ki, cəmiyyəti inkişaf etdirən, irəli aparan vətəndaşlar-müstəqil vətənimizin gələcək keşikçiləri məktəblərimizdə tərbiyə alır və formalaşırlar. Milli-mənəvi dəyərlərimizin öyrənilməsində, qorunub saxlanılmasında və inkişaf etdirilməsində ümumtəhsil məktəblərində şagirdlərə aşılanan vətənpərvərlik tərbiyəsi mühüm rol oynayır. Buna görə də müsabiqənin məhz orta məktəb şagirdləri arasında keçirilməsinin xüsusi əhəmiyyət daşıyır.

İki mərhələdən ibarət olan müsabiqənin Qaradağ rayon mərhələsi 2023-cü 04 aprel saat 15:00-da Bakı şəhəri Ə.Kazımiv adına 228 nömrəli tam orta məktəbdə keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi