EduSimbioz layihəsinin 5-ci günü
EduSimbioz layihəsinin 7 seanslıq proqramının 5-ci günü məktəb psixoloqları tərəfindən təşkil edildi.
Görüşdə emosiyalar, onları idarə etmək, fəqli metodikalar vasitəsilə emosiyaları müəyyən etmək və s.bu kimi məsələlər müzakirə olundu.
Layihənin məqsədi Bakı şəhəri üzrə şagird nailiyyətləri aşağı olan Qaradağ rayonunda yerləşən 13 ümumi təhsil məktəbində IX sinif şagirdlərinə tələbə-mentor, psixoloji dəstək xidməti göstərməklə Azərbaycan dili və riyaziyyat fənləri üzrə öyrənmə boşluqlarının tamamlanmasıdır.