AD GÜNÜNÜZ MÜBARƏK OLSUN ƏZİZ PREZİDENTİMİZ 24.11.2016
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi məktəbimizin bütün kollektivi adından ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik!Əziz Prezidentimizə möhkəm can sağlığı, ailə səadəti, Azərbaycanın davamlı inkişafı naminə daima uğurlar arzulayırıq.Cənab Prezidentimiz! Sizin zəhmətiniz və müdrüklü siyasətiniz nəticəsində Azərbaycan, dünyada baş verən böhranlara,qeyristabilliklərə,müharibələrə baxmayaraq stabil həyat sürür, dinamik inkişaf edir, insanlar sərbəst yaşayır, istədikləri məkanlarda istirahət edə bilir-bütün bunlar Sizin və Ulu Öndərimiz Heydər Əliyevin düşünülmüş strateji daxili və xarici siyasətin nəticəsidir.Azərbaycan-dünya xəritəsində kiçik dövlət olmasına baxmayaraq, Sizin və Ulu Öndərin sayəsində sayılıb-seçilən,nüfuza malik olan,heqemon dövlətlər tərəfindən xüsusi hörmətlə qarşılanan dövlətlər sırasına daxil olmuşdur.Bütün bunlara görə Sizə səmimi təşəkkürlərimizi bildiririk və Sizi həmişə dəstəkləyəciyimizə söz veririk!AD GÜNÜNÜZ MÜBARƏK OLSUN ƏZİZ PREZİDENTİMİZ!!!!