Məktəbin 9-cu sinif şagirdləri Qaradağ rayonu üzrə 26 məktəb arasında 1-ci yeri əldə edib
07 fevral 2023-cü il tarixində BŞTİ tərəfindən ümumtəhsil məktəblərinin 8-ci və 9-cu siniflərində buraxılış fənləri üzrə monitorinq keçirilmişdir.
Həmin monitorinqin nəticələrinə görə Bakı Şəhəri Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri Qaradağ rayonu üzrə 26 məktəb arasında 1-ci, Bakı şəhəri üzrə isə 308 məktəb arasında 40-yeri əldə etmişdir.
Bu münasibətlə doqquzuncularımızı və 228 saylı məktəb heyətimizi təbrik edirəm! Ümid edirik ki, buraxılış imtahanlarında da yaxın nəticələrə nail olacağıq!