İdman həftəsi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olmuş 02/TQÇ-7-99 nömrəli məktuba əsasən Elm və Təhsil Nazirliyi tərəfindən təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparılır.
Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində 27 fevral – 3 mart 2023-cü il tarixində ümumi təhsil müəssisələrində idman həftəsinin keçirilməsi məqsədəuyğun hesab edilmişdir.
Bakı şəhəri Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbdə yuxarıda qeyd olunanlarla əlaqədar tərtib edilmiş proqrama uyğun olaraq həftə ərzində məktəblilərin iştirakı ilə mövcud qaydalara uyğun gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, müsabiqələr, yarışlar, görüşlər, mükafatlandırma və digər tədbirlər təşkili olunur.