"EduSimbioz - Təhsil üçün öyrən və öyrət" layihəsinin psixoloqu Sevinc İsmayılova məktəbimizin qonağı olub
Qaradağ rayonu 228 nömrəli tam orta məktəbdə "EduSimbioz - Təhsil üçün öyrən və öyrət" layihəsinin psixoloqu Sevinc İsmayılova layihədə iştirak edən şagirdlərin valideynləri ilə "Təhsildə valideynin rolu" mövzusunda görüş keçirdi.
Görüşdə yeniyetməlik yaş dövrünün xüsusiyyətləri, valideyn- övlad münasibətləri və ailənin təhsildə rolu mövzuları müzakirə olundu.
Tədbir zamanı aşağıdakı mövzular müzakirə olunub:
1. Ailədə uşaqla ünsiyyət üslubu
2. Uşaqların dərs müvəffəqiyyətinə təsir edən amillər
3. Uşaqla sağlam münasibətə mane olan amillər
Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.