Xocalı soyqırımı anım günü
Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 2023-cü il 15 fevral tarixli 3-29/3-2-55F/2023 nömrəli əmri ilə təsdiq edilmiş " Xocalı soyqrımının 31-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı"na əsasən məktəbimizdə tarix müəllimi Vüsalə Əliyevanın təqdimatında nümunəvi dərs təşkil olundu.
Şagirdləri Xocalı faciəsinin dəhşətləri ilə yaxından tanış etmək məqsədi daşıyan maarifləndirici dərs müəllim və şagirdlərin interaktiv iştirakı ilə həyata keçirildi. Sonda tarixi qəhrəmanlıq, unudulmazlıq mövzusunda müzakirə aparıldı.