Xocalı soyqırımına həsr olunmuş açıq dərs
Məktəbin tarix müəllimi Azər Quliyevin təşkilatçılığı ilə 8-ci sinif şagirdlərinin iştirakı ilə Açıq dərs təşkil edib.
Açıq dərs Xocalı faciəsinin qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Xocalı soyqırımının il donumu ilə əlaqədar şagirdlər şeirlər səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Məqsəd ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdır.