XX əsrin faciəsi Xocalı soyqırımı
Xocalı soyqırımının ildönümünün keçirilməsi ilə əlaqədar məktəbimizdə bir sıra tədbirlər keçirilir. 23.02.2023-cü il tarixdə məktəbin UBTR Xalidə İbrahimova, məktəbin psixoloqu Mehriban Quliyeva və Gülşən Avdıyevanın təşkilatçılığı ilə rəsm müsabiəqəsi təşkil edilib.
Müsabiqə Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Şagirdlər Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açıblar.
Məqsəd Xocalı qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, məktəblilərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədlərinə xidmət edir.