Şagird davranış qaydaları
Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları
1 Yüngül səviyyəli qayda pozuntuları:
● “Müəllim baxışı” / qeyri-verbal ünsiyyət
● Şagirdlə “sakit(səs tonunu qaldırmadan) söhbət ” - onların davranışının niyə qəbuledilməz hesab olunduğu və nə üçün təkmilləşdirməyə ehtiyac olduğunu dəqiq izah etmək Hadisənin şahidi, dərsi aparan müəllim və ya digər məsul şəxs Qeydiyyat aparmağa ehtiyac yoxdur.
2. Orta səviyyəli qayda pozuntuları:
….və ya 1-ci səviyyəli qayda pozuntularının təkrarı
● 1-ci şifahi xəbərdarlıq (təklikdə deyilməsi tövsiyə olunur) - Şagirdə niyə “şifahi xəbərdarlıq” aldığı bildirilir. Davranışının niyə qəbuledilməz hesab olunduğu və nə üçün təkmilləşməyə ehtiyac olduğu aydın şəkildə izah olunur.
● 2-ci şifahi xəbərdarlıq (təklikdə deyilməsi tövsiyə olunur) - Şagirdə niyə “2-ci şifahi xəbərdarlıq ” aldığı və davranışının niyə qəbuledilməz olduğu aydın şəkildə izah olunur.
● Valideyn/qanuni nümayəndə ilə telefonla əlaqə saxlanılır və ya dərs gününün sonuna görüş təyin olunur.
● Şagird bir dəfə dərsdən sonra “Özünürefleksiya” prosesinə cəlb olunur .
● Müəllim və ya məktəb rəhbərliyinin üzvü ilə görüş (2-ci səviyyə davranış pozuntusunda valideynin/qanuni nümayəndənin iştirakı tələb olunmur.) Hadisənin şahidi, dərsi aparan müəllim və ya məsul şəxs
Məktəb rəhbərliyinin üzvü
Sinif davranış jurnalında hadisənin qeydiyyatı aparılır.
(Hadisənin şahidi, dərsi aparan müəllim və ya məsul şəxs)
Valideynlə/qanuni nümayəndə ilə görüşün detalları Sinif davranış jurnalında qeyd olunur.
“Özünürefleksiya”-nın qeydyyat forması
(Məktəb rəhbərliyi)
3. Ciddi qayda pozuntuları
….və ya 1-ci və 2-ci səviyyə qayda pozuntuların təkrarı ● Müəllim və ya məktəb rəhbərliyinin üzvü ilə görüş
● Şagird dəstək üçün psixoloqa yönləndirilir.
● Şagird bir neçə dəfə dərsdən sonra “Özünürefleksiya” prosesinə cəlb olunur.
● Valideyn/qanuni nümayəndəyə bildiriş məktubu göndərilir.
● Müəllim, valideyn/qanuni nümayəndə və məktəb rəhbərliyinin üzvü ilə görüş. Hadisənin şahidi, dərsi aparan müəllim və ya məsul şəxs
Məktəb rəhbərliyinin üzvü
Məktəb psixoloqu
Valideyn /qanuni nümayəndə
NİŞ(direktorun qərarı ilə)
Sinif davranış jurnalında hadisənin qeydiyyatı aparılır.
(Hadisənin şahidi, dərsi aparan müəllim və ya məsul şəxs)
Psixoloqun şagirdlə apardığı işin qeydiyyatı
(Psixoloq)
Sinif davranış jurnalında bildiriş məktubunun qeydiyyat aparılır və surəti saxlanılır (Bax: əlavə 1).
“Özünürefleksiya”-nın qeydiyyat forması (Məktəb rəhbərliyi)
Görüşün protokolları
(Məktəb rəhbərliyi)
4. Ağır qayda pozuntuları və ya 1-ci, 2-ci və 3-cü səviyyələrin təkrarı
● Şagird dəstək üçün psixoloqa yönləndirilir.
● Şagird bir neçə dəfə dərsdən sonra “Özünürefleksiya” prosesinə cəlb olunur.
● Valideyn/qanuni nümayəndəyə bildiriş məktubu göndərilir.
● Müəllim, valideyn/qanuni nümayəndə, məktəb rəhbərliyinin üzvü və direktorla görüş
● Şagird və ya onun ailəsinə dəstək üçün Sosial Xidmət mərkəzlərinə müraciət etmək
(NİŞ-in və ya direktorun qərarı ilə) Hadisənin şahidi və ya dərsi aparan məsul şəxs və müəllim
Məktəbin rəhbərliyinin üzvü
Məktəb psixoloqu
Məktəbin direktoru
Valideyn/ qanuni nümayəndə
Sosial xidmət mərkəzinin əməkdaşları
(NİŞ və ya direktorun qərarı ilə)
Sinif davranış jurnalında hadisənin qeydiyyatı aparılır.
(Hadisənin şahidi, dərsi aparan müəllim və ya məsul şəxs)
Psixoloqun şagirdlə apardığı işin qeydiyyatı
(Psixoloq)
Sinif davranış jurnalında bildiriş məktubunun qeydiyyat aparılır və surəti saxlanılır (Bax: əlavə 1).
“Özünürefleksiya”-nın qeydyyat forması (Məktəb rəhbərliyi)
Görüşün protokolları
(Məktəb rəhbərliyi)
5 Çox ağır qayda pozuntuları və ya 1-ci, 2-ci, 3-cü və ya 4-cü səviyyələrin təkrarı:
● Şagird dəstək üçün psixoloqa yönləndirilir.
● Şagird bir neçə dəfə dərsdən sonra “Özünürefleksiya” prosesinə cəlb olunur.
● Valideyn/qanuni nümayəndəyə bildiriş məktubu göndərilir.
● Müəllim, valideyn/qanuni nümayəndə, idarəetmə heyəti üzvü və direktorla görüş
● Sosial xidmət mərkəzlərinə müraciət etmək
● Şagird haqqında YYÇİ (Yetkinlik yaşına Çatmayanlarla İş ) və hüquq müdafiəsi üzrə komissiyaya (və ya yerli Polis idarəsinin yetkinlik yaşına çatmayanlarla proflaktik işlərin təşkili şöbəsinin inspektorlarına) məlumat verilməsi .
Hadisənin şahidi və ya dərsi aparan məsul şəxs və müəllim
Məktəb rəhbərliyinin üzvü
Məktəb psixoloqu
Məktəbin direktoru
Valideyn/qanuni nümayəndə
NİŞ(direktorun qərarı ilə)
Sosial xidmət mərkəzinin əməkdaşları
(NİŞ və ya direktorun qərarı ilə)
Yerli İcra hakimiyyəti yanında YYÇİ və hüquq müdafiəsi üzrə komissiya prosesə cəlb olunur (məktəb direktorunun qərarı ilə).
Ərazi üzrə YYÇ baxımsızlığının və hüquq pozuntularının profilaktikası üzrə polis əməkdaşı prosesə cəlb olunur (məktəb direktorunun müraciəti ilə).
Sinif davranış jurnalında hadisənin qeydiyyatı aparılır.
(Hadisənin şahidi, dərsi aparan müəllim və ya məsul şəxs)
Sinif davranış jurnalında bildiriş məktubunun qeydiyyatı aparılır və surəti saxlanılır (Bax: əlavə 1).
“Özünürefleksiya”-nın qeydiyyat forması (Məktəb rəhbərliyi)
Psixoloqun şagirdlə apardığı işin qeydiyyatı
(Psixoloq)
Görüşün protokolları
(Məktəb rəhbərliyi)