Beynəlxalq Ana Dili Günü

     21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Sevda Beynəlxalq Ana Dili Gününün hər kəs üçün vacib və əhəmiyyətli bir gün olduğunu söyləyib.

    Dəyirmi masada məktəbin psixoloqu Mehriban Quliyeva,UBTR Xalidə İbrahimova, 5 "a" sinfinin rəhbəri Vüsalə Əliyeva və şagirdlər iştirak ediblər. Sevda müəllimə qeyd edib ki, doğma dil hər bir millətin mənəvi irsini yaşadan və inkişaf etdirən ən mühüm vasitədir. Hər bir insan ana dilini yaxşı bilməli və onu qorumalıdır. Çünki ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.

    Şagirdlər ana dilimizə həsr edilən şeirlər, kəlamlar, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi