Bakı şəhəri Ə.Kazımov adına 228 nömrəli məktəbin "Nizamnaməsi"ndən

Bakı şəhəri Ə.Kazımov adına 228 nömrəli məktəbin "Nizamnaməsi"ndən

Dərs vaxtı davranış

1. Dərslərə vaxtında gəlməlidir.

2. Dərslik, dərs vəsaitləri və s gətirməlidirlər.

3. Məktəb daxilində yüksək səslə danışmamalıdır.

4. Cinsindən, irqindən, dinindən,dilindən ,etnik mənsubiyyətin və şəxsi xüsusiyyətlərindən asılı olmayaraq şagird yoldaşlarına və böyüklərə hörmət etməlidir.

5. Dərsi fəal dinləməli,səs tonu və bədən dilinə diqqət etməlidir.

6. Başqalarının “şəxsi zonasına” hörmət etməli , digər şagird və böyüklərin fiziki və ya mənəvi təhlükəsizliyi üçün narahatlığına səsəb olacaq davranışlara yol verməməlidir.

7. Müəllimin təlimatlarına əməl etməlidir.

8. Dürüst olmalı və qeyri-etik və ya uyğun olmayan davranışı düzəltməli və lazım gəldikdə üzr istəməlidir.

Qeyri etik və təhqiramiz ifadələr, fiziki zorakılıq vəya dava dalaş , qısnama və s yolverilməzdir.

Məktəbin əmlakı və şəxsi əşyalara qayğı

1. Özünün və başqalrının əşyalarının qeydinə qalmalı başqalarının əşyalarını icazəsiz istifadə etməməlidir.

2. Məktəb əmlakını və avadınlıqlarının qeydinə qalmalıdır.

3. Sinif otaqlarını təmiz saxlamalı və tullantıları zibil qutularıa atmalıdır.

4. Ağıllı və sadə telefonları həmçinin elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə olunmamalıdır.

Aşağıdakı əşyaları məktəbə gətirmək qadağandır.

Kəsici və deşici alətlər, təhlükəli, zəhərli və ya tez alışan maddələri, kibrit, alışqan, siqaret (elektrik siqaret) spirtli içkilər

Məktəb əmlakına vurulan zərərə görə valideyn maddi məsuliyyət daşıyır və maddi ziyanın ödənilməsi qanuna əsasən müəyylənləşir.

Şagirdlərin etik davranış qaydaları

1. Azərbaycan Respublikası dövlətçiliyinə, milli dəyərlərə, dövlət rəmzlərinə hörmət etməli

2. Məktəb nüfuzuna xələl gətirəcək hərəkətlərə yol verilməməlidir.

Aşağıdakı şagird davranışları yolverilməzdir.

1. Böhtan atmaq, həqiqəti gizlətmək

2. Məktəb sənədlərini və məlumatlarını dəyidirmək və saxtalaşdırmaq

3. Summativ qiymətləndrmə qaydalarını pozmaq

4. Sinif yoldaşlarına qarşı qısnamaya yol vermək

Davamiyyət və punktuallıq

1. Məktəbə müəyyən olunmuş vaxtda gəlməli və dərs günün sonunadək üzürlü səbəb olmadan tərk etməməlidir.

2. Zəngdən öncə sinif otağında olmalıdır.

3. Dərs vaxtı müəllimin icazəsi olmadan sinifi tərk etməməlidir.

4. Dərsə gecikibsə sakit şəkildə sinifə daxil olmalı və digər şagirdlərin öyrənmə hüququna hörmət edərək təlim prosesinə mane olmamalıdır.

Geyim və xarici görünüş

1. Şəxsi gigiyena qaydalarına riayət etməlidir

2. Zəngdən əvvəl üst geyimi (palto,papaq və.s ) çıxarmalıdır.

3. Məktəbli geyim formalarına aid qaydalara riayət etməlidir.

4. Uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan yığmalıdır.

Aşağıdakılar qadağandır:

1. Dar geyim

2. Hündürdaban ayaqqabı

3. Dizdən yuxarı ətək

4. Bahalı zinət əşyası və s aksesuarlar.

5. Qeyri-adi saç düzümü və saç rəngi

6. Uzun və rəngli dırnaqlar

7. Makiyaj, saqqal

Təhlükəsizlik

1. Dərsgünün sonunadək təhsil müəssisəsinin ərazisində qalmalı, müəyyən edilmiş vaxtda onu tərk etməlidir.

2. Məktəbin dəhlizlərində qaçmamalı piləkanı sağ tərəfi ilə hərəkət etməlidir.

3. Pəncərə altlığında(məhəcərdə) oturmamalı və pəncərədən çölə əyilməməlidir.

4. Fənn labaratoriyaları, idman zalı və yeməkxana kimi məkanlarda müvafiq təhlükəsizlik qaydalarına riayət etməlidir.

5. Fövqəladə hallar (yanğın,zəlzələ və.s) üçün ümumi təhsil müəssəsinin qaydalarına riayət etməlidir.

6. Şagirdlər üçün giriş qadağan olunduğu ilə işarələnmiş ərazilərə(dam,zirzəmi,arxiv və.s)daxil olmamalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi