Fəridə dəstək

    Bir neçə gün öncə sosial mediada Bakı şəhəri Ələt qəsəbəsində yerləşən 127 saylı məktəbin 10-cu sinif şagirdi Baxşəliyev Fəridin yaşayış tərzi və təhsili haqqında informasiya paylaşılmışdı. Fəridin hər iki valideyni tərəfindən atıldığı, bir müddət internatda, bir il yarım sığınacaqda qaldığı, sonra isə nənəsinin - atasının ikinci həyat yoldaşının anasının himayəsində qaldığı, daha sonra isə ondan da ayrılaraq Sahil qəsəbəsində yaşadığı, ali təhsil almaq arzusunda olduğu və əlavə məşğələlərlə təmin olunmaq istəyi olduğu işıqlandırılmışdır.

 

Fəridlə bağlı APA.TV-yə Kulis.Az-ın əməkdaşı Səidə xanım müraciət etmişdir.

 

Bu məsələ ilə bağlı məlumat alan Bakı Şəhəri Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva xanım dərhal Fəridin problemləri ilə bağlı tədbirlərin görülməsinə göstəriş vermişdir.

 

Həmin gün gec saatlatda olmasına baxmayaraq, qəsəbə sakini Bakı şəhəri 274 nömrəli məktəbin direktoru Nariman Mursaliyev müəllim Fəridin yaşadığı mənzilə gedərək ona dəstək olmuşdur.

 

  Bakı şəhəri Ə.Kazımov adına 228 nömrəli tam orta məktəb, Qaradağ Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyətinin Sahil Qəsəbəsi Nümayəndəliyi, Qaradağ Rayon Gənclər Evinin əməkdaşları məsələ ilə bağlı maraqlanmışlar. 

 

  Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən Ə.Kazımov adına 228 saylı tam orta məktəbin direktoru Səkinə Rzayeva, həmin məktəbin təşkilatçısı Cəmilə Nuqrəzadə, Qaradağ Rayon İcra Hakimiyyətinin Sahil Qəsəbə nümayəndəsi Əli müəllim Fəridin evində olmuş, onun sosial durumu, şəraiti ilə tanış olmuş və dərhal müvafiq tədbirlər görülməsinə başlamışlar.

 

 Belə ki, Sahil qəsəbəsindən Ələt qəsəbəsinə uzaq məsafə olduğu üçün Fərdin 228 nömrəli məktəbə yerdəyişmə edilməsi qərara alınmışdır. Bundan əlavə, Fərid sığınacaqda qalmaqdan imtina etdiyi üçün Sahil Qəsəbə Nümayəndəliyi onu yataqxanada yerləşdirməyi təmin edəcəyini bildirmişdir.

 

 228 nömrəli məktəbin direktoru Səkinə Rzayeva isə pedaqoji heyətin Fəridin məktəb dərslərini, təlim-tərbiyəsini ciddi nəzarətə alacağını, onu psixoloq konsultasiyaları və əlavə məşğələlərlə, ən əsası isə sevgi və qayğı ilə əhatə edəcəyini vurğulamışdır.

 

#fəridədəstək #BakıŞəhəriTəhsilİdarəsi

 

 #Bakıməktəbi228 #bizbirlikdəgüclüyük

 

 #Azərbaycanmüəllimi #xoşbəxtolsunuşaqlar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi