"Kimya və həyatın sirləri"adlı kimya gecəsi

    25 yanvar 2023-cü il tarixində məktəb kimya müəllimi, Azərbaycan Texniki Universitetinin Kimya, emal, texnologiya və ekologiya kafedrasının müəllimi, elmi işçi, Bakı şəhəri Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbin "Kiçik Akademiya"sının prezidenti Zaida Zaidova Qumru müəllimə “Kimya və həyatın sirləri” adlı kimya gecəsi keçirib. Tədbirdə məktəb "Kiçik Akademiya"sının təbiət bölməsinin akademistləri iştirak ediblər.

 

    Tədbirdə məktəb rəhbərliyi də iştirak edib. Şagirdlər müxtəlif kimyəvi reaksiyalar aparıblar. Komandaların işi məktəbin kimya müəllimlərindən ibarət mübsiflər heyəti tərəfindən dəyərləndirilib.

 

    1-ci yerin qalibi məktəbin rus bölməsi üzrə VII i sinif şagirdi Ravendi Ayza, diplom, medal, 50 manat pul mükafatı

 

    2-ci yerin qalibi rus bölməsi üzrə VII i sinif şagirdi Həsənzadə Ayaz diplom, medal 30 manat pul mükafatı ilə

 

    3-cü yerin qalibi məktəbin rus bölməsi üzrə VII i sinif şagirdi Əmirova Nuray diplom, medal, 20 azn pul mükafatı ilə təltifləniblər

 

11 T Texniki və Təbiət Təmayüllü sinif şagirləri Tahirli Yusif və Əliyev İsmayıl aparıcılıq təqdimatına görə təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıblar.

 

    İştirakçılara isə "Sertifikat" və "Təşəkkürnamə"lər təqdim olunub

 

    Qalibləri təbrik edirik!

 

    Tədbirin təşkilinə görə Qumru müəlliməyə təşəkkür edirik.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi