Sinif təşkilat saatı
“20 Yanvar faciəsinin ildönümü ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən 228 saylı tam orta məktəbdə 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunan xüsusi dərslər keçirilib.Həmçinin məktəbimizdə 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı konfranslar, seminarlar, mühazirələr və “Dəyirmi masa”lar təşkili olunub.
20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.
Məktəbin ibtidai sinif müəllimi Elmira Həsənovanın təşkilatçılığı ilə sinif təşkilat saatı keçirilib.
Tədbirlərin keçirilməsi şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin məktəblilərə aşılanması məqsədlərinə xidmət edir.