"Biliyini paylaş" layihəsinin 2-ci mərhələsi

    Bakı şəhəri üzrə Təhsil İdarəsinin 18.11.2022-ci il tarixli F-386 nömrəli əmrinə əsasən keçirilən "Biliyini paylaş" layihəsinin 2-ci mərhələsində mentor müəllim (direktor), məktəbin rus bölməsi üzrə Azərbaycan dili müəllimi Səkinə Rzayeva öz komanda üzvləri ilə - Faiq Rəfiyev Adına Məktəbin və Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbin aşağıda adları qeyd olunan müəllimlərinin iştirakı ilə seminar keçirib:

1. Rzayeva Səkinə (mentor)

2. Vəliyeva Zeynəb Vaqif

3. Həmidova Səadət Teymur

4. Xəlilova Nişanə Yaşar

5. Şirinova Güllü Həsənqulu

6. Quliyeva Leyla İbrahim

7. Zeynalova Esmira Qəmbər

8. Zeynalova Sevinc

    Seminarda təlim-təhsildə bədən dilinin əhəmiyyəti, ünsiyyətdə bədən dilinin əhəmiyyəti qədər böyüklüyündən danışılıb. Səkinə müəllimə qeyd edib ki, ünsiyyət zamanı söylədiyimiz şeylər qədər söyləmədiyimiz şeylər də önəmlidir. Hətta, bəlkə də, bir az daha artıq əhəmiyyətlidir. Danışan zaman hiss və düşüncələrimizdən fərqli danışa bilərik, lakin söyləmədiyimiz (susduğumuz) zamanlarda da bədən dilimiz danışmağa davam edər. Gözlərimiz, duruşumuz, mimika və jestlərimiz, ayaq və əl hərəkətlərimiz, oturma şəklimiz əslində bir çox mesaj verməkdədir.

    Təhsildə bədən dilinin əhəmiyyəti nədir?

Sözlü mesajlar daha çox düşüncələrimizi ifadə edərkən, sözsüz mesajlarımız isə daxili dünyamızla əlaqədardır və hiss və düşüncələrimizi daha real formada ifadə edir. Müəllimlərin bədən dili vasitəsilə özləri də hiss etmədən ötürdüyü mesajlar nələrdir?

Müəllim sinifdə və ya şagirdlərlə üz-üzə ünsiyyət zamanı uşaqlara bu cür mesajlar verə bilir:

*Siz mənim üçün önəmli və dəyərlisiniz

*Uğur qazanacağınıza inanıram və sizə güvənirəm

*Bu müddət ərzində sizinlə birlikdəyəm və yanınızdayam

*İstər öyrənin, istərsə də öyrənməyin, mənə maraqlı deyil

*Necə də bədbəxt bir müəlliməm ki, bu sinifdəyəm

*Zəng vurulsaydı, sinifdən canım qurtarardı. İmtahanda mən sizə göstərərəm!

"Müəllimlərin dərs başa saldıqları zaman yol verdikləri xətalar nələrdir? Bu xətalar öyrənmə müddətinə necə təsir göstərir?" kimi suallara komanda birlikdə cavab axtarıb.

    Seminardan sonra "Press konfrans" layihəsi tətbiq edilərək məktəbin rus bölməsi üzrə 6-ci i sinfi ilə dərs nümayiş etdirilib. Dərsdə müxtəlif "mütəxəssislər" - məktəb ditektoru, təhsil eksperti, HR mütəxəssisi, olimpiya çempionu, Daxili Qoşunlar mənsubu, layihə rəhbəri qismində digər "jurnalist" media mənsublarının suallarını cavablandlrıblar.

Layihə əsaslı öyrənmə zamanı şagirdlər dialoqlar qurub, ünsiyyətin komponentlərindən adekvat istifadə edib, bədən dilini ünsiyyətə ustalıqla tətbiq ediblər. Sonda şagirdlər özünüqiymətləndirmə edib, layihə iştirakçısı olan mentor və müəllimlər isə müzakirə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi