Azərbaycan Dövlət Neft Akademiyasının prorektoru,professor Ramiz Həsənov məktəbimizin qonağı olmuşdur
24.04.2015-ci il tarixdə Azərbaycan Dövlət Neft Akademiyasının prorektoru, AR Əməkdar müəllimi, "Şöhrət" ordeni laureatı, professor Ramiz Həsənov Ə.Kazımov adına 228 №-li məktəbin qonağı olmuşdur. Ramiz müəllim həmin məktəbin məzunu olduğu üçün, məktəbdə aparılan islahatlar, yenidənqurma işləri ilə yaxından maraqlanmışdır. Ramiz müəllim məktəbin hal-hazırki durumundan məmnun qaldığını bildirmişdir.