Heydər Əliyevin anım gününə həsr edilmiş dəyirmi masa
Məktəbin illik fəaliyyət planına uyğun olaraq 12 dekabr tarixində Ulu Öndərin həyat və fəaliyyəti haqqında şagirdlərə məlumat aşılamaq məqsədilə nümunəvi dərslər, dəyirmi masalar təşkil edilib. Şagirdlər Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Məktəbin 10 B sinif şagirdləri tarix müəllimi Vüsalə Əliyevanın təşkilatçılığı ilə Ulu Öndərə həsr edilmiş şeirlər səsləndiriblər. Ulu Öndərə həsr olunmuş video çarxlar izləyiblər.
Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən danışılıb, dahi siyasətçinin Azərbaycan dövlətçiliyinin formalaşmasında, ölkənin iqtisadi və hərbi qüdrətinin möhkəmlənməsində misilsiz xidmətləri qeyd edilib.