III Pedaqoji şuranın iclası keçirilib
Dekabr ayında məktəbdə 2022-2023-cü tədris ilinin I yarımilinin III pedaqoji şura iclası keçirilib. Məktəbin direktoru Səkinə Rzayeva şuranın gündəliyində duran məsələləri pedoqoji heyyətin diqqətinə çatdırıb. İclas ərzində qarşıda duran vəzifələr, IX siniflərdə keyfiyyət göstəricilərinin artırılması ilə bağlı nəticələri zəif olan şagirdlərlə aparılan işlərin təhlili, IV-IX sinif şagirdlərinin Azərbaycan dili, riyaziyyat və ingilis dili fənni üzrə bilik və bacarıqlarının monitorinqinin nəticələri müzakirə edilib. Təlim tərbiyə işləri üzrə direktor müavini Səadət Həmidova çıxış edərək kollektivə nizam-intizamın möhkəmləndirilməsi, dərsə davamiyyətin gücləndirilməsi, məktəbdə sağlam və təhlükəsiz mühitin təşkili və idarə olunmasının vacibliyi haqqında bəhs edib.
Gündəlikdə olan məsələlər haqqında rəylər, fikirlər dinlənilib və hər bir məsələ haqqında qərar qəbul olunub.