Ümummilli liderin anım günü ilə əlaqədar rəsm müsabiqəsi
12 dekabr tarixində məktəbin akt zalında dahi şəxsiyyət Heydər Əliyevin anım günü ilə əlaqədar rəsm müsabiqəsi keçirildi. Müsabiqə ərzində şagirdlər Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən danışılıb, dahi siyasətçinin Azərbaycan dövlətçiliyinin formalaşmasında, ölkənin iqtisadi və hərbi qüdrətinin möhkəmlənməsində misilsiz xidmətləri qeyd edilib. Daha sonra rəsmlər çəkiblər.
Müsabiqə məktəbin UBTR Xalidə İbrahimova və məktəbin psixoloqu Mehriban Quliyevanın təşkilatçılığı ilə keçrilib. Müsabiqənin təşkilində məqsəd Ulu Öndərin həyat və fəaliyyəti haqqında şagirdlərə məlumat aşılamaqdır.