Viktorina

    2022-2023-cü tədris ilinin dekabr ayı məktəbimizdə "Azərbaycan dili aylığı" elan olunub. Aylıq çərçivəsində şagirdlərin fənnlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə açıq dərslər, tədbirlər, viktorinalar, yoxlama tapşırıqlar, məktəbdaxili olimpiada, bilik yarışlarının keçirilməsi nəzərdə tutulub.

    Dekabrın 6-da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səadət Cavadova və Gülnar Aslanovanın təşkilatçılığı ilə  5-ci siniflər arasında bilik yarışı keçirilib. Şagirdlər yarış ərzində fəal iştirak ediblər. Yarış ərzində məktəbin direktoru Səkinə Rzayeva və təlim tərbiyə işləri üzrə direktor müavini Səadət Həmidova iştirak edərək şagirdlərə dəstək olublar. Sonda şagirdlər mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi