"Təbrizim" şeirinə həsr olunmuş açıq dərs
Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna,
Sənin bayramına, sənin toyuna
Dili bir, canı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.
Qədrini ayrılıq çəkənlər bilir,
Hicrində göz yaşı tökənlər bilir.
Ömrünə qaranlıq çökənlər bilir.
Bağından gül-çiçək dərdim, Təbrizim!
Yenə təzələndi dərdim, Təbrizim!
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Qızqayıt Seyidovanın təşkilatçılığı ilə Azərbaycan şairi Süleyman Rüstəmin "Təbrizim" şeirinə həsr olunmuş "Açıq dərs" keçirilib. Qruplara bölünən şagirdlər "Təbrizim" şeirini təhlil ediblər. Seyidova Qızqayıt çıxış edərək Gülüstan və Türkmənçay müqavilələri haqqında məlumat verib. O bildirib ki, şair bu şeiri Rusiya ilə İran arasında gedən müharibələr nəticəsində 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrinə əsasən Azərbaycanın zorla, qılınc gücü ilə iki yerə parçalanmasından doğan ayrılıq, həsrət motivlərini uzun illərdən sonrakı bir vüsal kimi qələmə almışdır.
Qruplar suallara düzgün və ətraflı cavablar veriblər. Cavabları dinlədikdən sonra şagirdlər qiymətləndirilib. Dərsdə məktəbin direktoru Səkinə Rzayeva, təlim tərbiyə işləri üzrə direktor müavini Səadət Həmidova məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nəzakət Ağayeva,Ləman Mehdiyeva və psixoloq Avdıyeva Gülşən iştirak edib.