BAKI ALİ NEFT MƏKTƏBİNİN Rektoru
BAKI ALİ NEFT MƏKTƏBİNİN Rektoru, hörmətli Elmar müəllim Qasımov məktəbimizə Təşəkkür məktubu ünvanlamışdır, məktəb rəhbərliyinə, məktəb kollektivinə yetişdirdikləri yüksək nəticə göstərən məzunlarına görə təşəkkürlərini bildirmişdir.Vaxtı ilə Təhsil Nazirinin müavini olan və orta ümumtəhsil sistemini əyani bilən hörmətli Elmar müəllim qeyd etmişdir: "Həmin məzunların belə müvəffəq nəticə göstərməsi Sizin və müəllimlərin bilavasitə fədakar əməyinin nəticəsidir".Səmimi qəlbdən Sizə təşəkkür edirik Elmar müəllim müəllim əməyini yüksək qiymətləndirdiyinizə görə. Arzu edirik ki, bu kimi məzunların sayı bütün respublika üzrə artmağa doğru davam etsin.Sizə və Azərbaycanın ən nufuzlu ali təhsil müəssisələrindən olan BAKI ALİ NEFT MƏKTƏBİNİN bütün kollektivinə möhkəm can sağlığı, xöşbəxt həyat tərzi və müntəzəm olaraq peşə uğurlarını arzu edirik!