IX siniflər üzrə monitorinq
Məktəbin illik fəaliyyət planına və BŞTİ-nin müvafiq təlimatına uyğun olaraq 24 noyabr 2022-ci il tarixdə məktəbimizdə IX siniflər üzrə monitorinq keçirilib. Şagirdlər Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənnlərindən imtahan veriblər. İmtahan prosesi zamanı bütün IX sinif şagirdləri iştirak edib. Monitorinq saat 09:30-da başlayıb və 2 saat davam edib.
Monitorinqin keçirilməsində əsas məqsəd buraxılış fənləri üzrə tədrisin keyfiyyətinin artırılması, tədrisin səviyyəsi və əldə olunan nəticəni izləmək eyni zamanda məktəb özünüqiymətləndirməsinin formalaşdırılması və tətbiqi üçün zəmin yaratmaqdır.
Şagirdlərimizə uğurlar arzulayırıq!