"İnsan alverinin qurbanı olma"
İnsan alveri müasir dövrün ən aktual problemlərindən biridir. Məcburi əmək, borca görə köləlik, uşaq əməyinin istismarı, “ev” köləliyi, dilənçilik məqsədi ilə insan alveri – bütün bunlar eyni dəhşətli cinayətin fərqli növləridir. İnsan alveri bir çox dünya ölkələrində baş verən qlobal hadisədir. Bu mövzu ilə əlaqədar məktəbimizdə bir çox görüşlər keçirilir.
23.11.2022 ci il tarixdə məktəbin psixoloqu Avdıyeva Gülşən 9 a sinfi ilə "İnsan alverinin qurbanı olma" adlı dəyirmi masa təşkil edib. Görüş zamanı mövzu ilə əlaqədar psixoloqu dinlədikdən sonra şagirdlər onları maraqlandıran sualları ünvanlayıblar.