Zərərli informasiyadan qorunmağın yolları
Məktəbin illik fəaliyyət planına uyğun olaraq məktəbin psixoloqu Mehriban Quliyeva və Gülşən Avdıyeva tərəfindən şagirdlərə “Uşaqların zərərli informasiyalardan qorunması” mövzusunda təlim keçirilib.
Təlimdə uşaqların internet təhlükəsizliyinin təmin olunması, internet resurslarının müsbət və mənfi cəhətləri haqqında, bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barəsində ətraflı məlumatlar diqqətə çatdırılıb.