6 "ç" sinfi Qobustan dövlət tarixi-bədii qoruğunda ekskursiyada

    Məktəbin illik fəaliyyət planının 1.3.7 -ci bəndinə uyğun olaraq şagird marağının müəyyənləşdirilməsi və şagirdlərin motivasiyasını yüksəltmək məqsədilə məktəbimizdə növbəti ekskursiya təşkil olunub. Noyabrın 8- də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ləman Mehdiyevanın təşkilatçılığı ilə 6 "ç" sinfi Qobustan dövlət tarixi-bədii qoruğunda ekskursiyada olublar.

     Muzeyin hər bir bölməsində divarlara Qobustan qayaları haqqında məlumat verən xüsusi monitorlar quraşdırılıb. Döşəmələrə və divarlara qədim insanların məşğuliyyətini və həyat tərzini əks etdirən işıq şüalarından ibarət təsvirlər salınıb.

Mezolit abidələri sərgilənən dövlət tarixi-bədii qoruğunda muzey fəaliyyət göstərir və orada mağaralar, bulaqlar mövcuddur. Qobustan petroqliflərinin rəsmlərini zalın divarlarında və tavanında da görmək mümkündür.

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi