Kiçik və böyük summativ qiymətləndirmələri bir tərəfdən qaydasına saldıq, bu sahəni tam nəzarətə götürdük, hətta hər qiymətləndirmənin cədvəlini məktəbimizdə tərtib etmişik

Kiçik və böyük summativ qiymətləndirmələri bir tərəfdən qaydasına saldıq, bu sahəni tam nəzarətə götürdük, hətta hər qiymətləndirmənin cədvəlini məktəbimizdə tərtib etmişik.Digər tərəfdən gələcək perspektivdə isə KSQ və BSQ-lərin keçirilmə mexanizmlərinin təkmilləşdirilməsini aidiyyatı qurumlara təklif etmişik.Səbəb ondan ibarətdir ki, məktəbin daxili resursları tükənməyə doğru gedir (kserokopiya avadanlığı, kartrijlər, kağız və s.), məktəb rəhbərliyi bu prosesə şagird-valideynlərin cəlb edilməsinin qəti əleyhinədir, təchizat dəstəyi isə artıq çoxdan sərt qənaət rejimində çalışır.Odur ki,təklif etmişik, bu qədər kağız israfçılığın qarşısını qiymətləndirmələrin elektronlaşması ilə ala bilək. Bunun üçün informatika kabinetlərində kompyuterlər xüsusi proqramlarla yüklənib məktəblərdə imtahan şəbəkələri qurulmalıdır. Görək nə olur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi