Qaradağ rayonu üzrə xüsusi təhsil proqramı (evdə təhsil) yalnız bizim məktəbə təhkim olunub

Qaradağ rayonu üzrə xüsusi təhsil proqramı (evdə təhsil) yalnız bizim məktəbə təhkim olunub.Evdə təhsildəki uşaqların tədris prosesi məktəb rəhbərliyinin diqqət mərkəzindədir.Uzun müddət adı yalnız kağız üzərində olan Xüsusi (yardımçı) sinif artıq 2 ildir ki məktəbimizdə real fəaliyyət göstərir.Həmin sinfin valideynləri ilə məktəb rəhbərinin görüşü oldu.Məktəbin direktoru bildirdi ki, "xüsusi sinfin fəaliyyəti təmin olunsada, buradakı təhsil hələ də bizim ürəyimizcə deyil. Xüsusi sinfin tərtibatı,avadanlıqları, mebeli -hamısı xüsusi mütəxəssislər tərəfindən həmin uşaqların sağlamlıqlarına uyğunlaşdırılmalıdır. Xüsusi sinifdə yalnız bu sahəni mükəmməl bilən,müvafiq təlimlərdən keçən mütəxəssislər, müəllim-psixoloqlar çalışmalıdır. İnklyuziv təhsildəki kimi burada müəllimin assistenti olmalıdır, assistent uşaqların davranışına nəzarət edə, müəllim isə dərsində konsentrasiya oluna bilməlidir. Bütün bunlar zaman və maliyyə-texniki dəstək tələb edir.Amma çalışırıq ki,mövcud resurslarımızdan maksimum istifadə etməklə bu uşaqlara heç olmasa minimum təhsil verək".Sonda direktor valideynlərin tövsiyyə və təkliflərini dinləyərək,onların araşdırılması və həll edilməsinə söz verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi