"Qızıl Payız" 2ç sinfinin gözü ilə
Payız, nəhəng bir yaşılın yavaş-yavaş saralmağa başladığı andır. Bu, yarpaqların bir-bir tökülməyə başladığı yayın o şən günlərindən geridə qalan təbiətin öz qabığına çəkilişinin başlanğıcıdır. Məktəbin ibtidai sinif müəllimi Sevil Səmədovanın payız fəslini çox sevən 2"ç" sinif şagirdləri böyük həvəslə payıza aid təqdimatlar hazırlayıb. Şagirdlər Qızıl Payız haqqında məlumatlar verib.