"Uşaq hüquqları aylığı"
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən 20 oktyabr - 20noyabr 2022-ci il tarixlərdə "Uşaq hüquqları aylığı" elan edilib. Məktəbimizdə də uşaq aylığı ilə əlaqədar silsilə tədbirlər keçirilir. Oktyabrın 27-də məktəbin akt zalında məktəb psixoloqu Mehriban Quliyeva ,Gülşən Avdıyeva və UBTR İbrahimova Xalidənin təşkilatçılığı ilə disskusiya keçirilib. IX-XI siniflərin şagirdləri ilə bu mövzu ətrafında maariflənləndirici söhbət aparıldı. Məktəbin direktoru Səkinə Rzayeva öncə çıxış edib. Daha sonra şagirdlər mövzu haqqında rəylərinin bildiriblər.
Məqsəd uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır.