Növbəti dərsdinləmə keçirilib
Məktəbin fəaliyyət planına uyğun olaraq oktyabrın 25-də məktəb rəhbərliyi tərəfindən dərsdinləmə həyata keçirilib. Məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Səadət Həmidova dərsdinləmədə iştirak edib.
Dərsdinləmənin məqsədi müəllimin tədris müvəffəqiyyətini qiymətləndirməklə yanaşı bacarıqlarının inkişaf etdirilməsi, yenilik və dəyişikliklərin təbliği, peşəkar dəstək, çatışmazlıq və səhvlərin aşkar edilərək aradan qaldırılması və tədrisin inkişaf etdirilməsi məqsədi daşıyır.