Kimya dərsi

    Rus bölməsi 7 i sinfi məktəbin yeni təyin olunmuş müəllimi Qumru Zaidova ilə kimya dərsində...

 

     Məktəbinizə rus bölməsi üzrə 82,5 balla MİQ -dən keçərək müddətli əmək müqaviləsi ilə təyinat almış Qumru Zaidovanın pedaqoji fəaliyyətindən:

 

      Zaidova Qumru Ələsgər qızı, təhsili bakalavr "Kimya"-Azərbaycan Dövlət Pedaqoji Universiteti (2007-2011), magistr- "Ekologiya mühəndisliyi-Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə"-Azərbaycan Texniki Universiteti (2012-2014) fərqlənmə ilə, PhD-Doktorantura "Üzvi Kimya" -Azərbaycan Texniki Universiteti (2014-2019) bitirib

 

      Hazırda dissertasiya işini yekunlaşdırmaq üzrədir. Dissertasiya işi "Asilxloridlərin allilxloridlərəelektrofil birləşmə məhsullarının tədqiqi" mövzusu, elmi rəhbəri k.e.d., prof. E.İ.Məmmədovdur. 15 elmi əsəri var.

İngilis, türk, rus və ispan dillərini bilir.

 

İş fəaliyyəti isə:

 

    Azərbaycan Texniki Universiteti "Kimya texnologiya, təkrar emal və ekologiya" kafedrasında assistent, ETL-elmi tədqiqat laboratoriyasında müddətli müqavilə əsasında əvəzçiliklə Kiçik elmi işçi, elmi işimlə əlaqədar Moskva Dövlət Universiteti və Azərbaycan Elmlər Akademiyasının Tədqiqat İnstitutları ilə əməkdaşlıq edir, BELC-Təhsil Kompleksində kimya fənni üzrə abituriyentlərin hazırlığında dərs deyir.

 

P.S. MİQ xətti ilə təyinat almış belə gənc və istedadlı, şagirdlərimizi gələcək şokuna hazırlaya bilən, innovativ, təhsili, öyrənməni trendə çevirən gənc müəllimlərimiz gələcəyə olan ümidlərimizi qanadlandırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi