Məktəbin şagirdi Ümumdünya Şahmat Olimpiadasında iştirak edib
Naxçıvan Muxtar Respublikasında keçirilən, 16 yaşadək yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasına 10 oktyabr 2022-ci il tarixdə yekun vurulub. Olimpiadada 23 ölkədən 34 komanda iştirak etmişdir. I-yeri “Türkiyə-red”, II- yeri “Özbəkistan-1”, III-yeri “Azərbaycan-1” komandası qazanmışdır. Məktəbimizin X b sinif şagirdi İsrailov Aqil "Azərbaycan-4" komandasının tərkibində, 2-ci lövhədə böyük uğurla çıxış etmişdir. Belə ki, Aqil 9 turdan 7,5 xal toplamaqla Olimpiadanın ən çox beynəlxalq əmsal artıran iştirakçısı olmuşdur. ( FIDE raiting +187,6 ) Lövhələr üzrə qiymətləndirmədə isə 5-ci yerə layiq görülmüşdür.
Xatırladaq ki, Aqil "Şuşa ili" çərçivəsində 25.04.2022-ci il tarixdə məktəbdə keçirilən Şahmat Çempionatının 1-ci yeri qazanan qalibi olmuş, Fəxri Fərman, Medal və Samsung Galaxy Tab A8 ilə təltiflənmişdir.
Növbəti qələbəsi münasibəti ilə Aqili və müəllimi Cavid Samedovu təbrik edirik!