"Zərərli vərdişlərə yox deyək" adlı konfrans keçirilib

    10.10.2022-ci il tarixində məktəbimizdə “Zərərli vərdişlərə yox deyək” mövzusunda konfrans təşkil olunub. Məktəbin direktoru Səkinə Rzayeva VII və VIII sinif şagirdlərini salamlayaraq zərərli vərdişlərin mənfi tərəfləri haqqında məlumat verib. Daha sonra məktəbin psixoloqu Quliyeva Mehriban və Avdıyeva Gülşən zərərli vərdişlərin insanın fiziki sağlamlığına və psixologiyasına vurduğu zərərlər haqqında ətraflı məlumat verib.

    Görüşün təşkil edilməsində məqsəd şagirdlərin zərərli vərdişlərdən uzaq olmaları barədə maarifləndirməkdən ibarət olub. Mövzu haqqında danışaraq, zərərli vərdişlərin insanın fiziki sağlamlığına və psixologiyasına vurduğu zərərlər, cəmiyyətdəki münasibətlərdə yaratdığı problemlər barədə məlumat verilmiş, onları yaxşı vərdişlər qazanmağa və öz sağlamlıqlarının qeydinə qalmağa səsləmişlər.

    Görüşdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi