"Beynəlxalq Müəllimlər Günü" münasibətilə dəyirmi masa keçirilib
05 oktyabr 2022-ci il tarixində Qaradağ rayonu Lökbatan qəsəbəsi, Heydər Əliyev Mərkəzində “Beynəlxalq Müəllimlər Günü” münasibətilə keçirilən dəyirmi masada iştirak etdik.
Tədbirdə məktəbimizin ibtidai sinif müəllimi Esmira Zeynalova xanım təltifləndirilib. Qeyd edim ki, Esmira müəllimə 27 ildir Bakı şəhəri Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi çalışır. O, həm də Məktəb Həmkarlar İttifaqının sədri və təlim-tərbiyə işləri üzrə direktor müavinliyi vəzifələrini layiqincə icra etmişdir.
Dəyirmi masada Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Milli Məclisin deputatı Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, məktəb direktorları və müəllimlər iştirak edirdi.
Giriş nitqi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimləri təbrik edərək onlara əmək fəaliyyətlərində uğurlar arzuladı. Qeyd etdi ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfələrini verməkdədir. Məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.
Bundan əlavə Qaradağ rayonunun əldə etdiyi nəticəni xüsusi vurğulayaraq bildirdi ki, ötən illərlə müqayisədə ali məktəblərə daxil olan məzunlarımızın nəticələri yüksəkdir. 2021-2022-ci tədris ilində Qaradağ rayonu üzrə 34 məzun 600 baldan yuxarı nəticə əldə edərək müxtəlif ali təhsil müəssisələrinə qəbul olmuşlar. Məlumat üçün bildiririk ki, 2020-2021-cı tədris ilində bu rəqəm cəmi 21 nəfər təşkil etmişdir. Fərəhləndirici haldır ki, bu rəqəm ilbəil artır. 650 baldan yüksək 7 şagirdimiz müvəffəqiyyət qazanmışdır ki, onlardan ikisi prezident təqaüdçüsüdür.
Bu il Lökbatan qəsəbəsindəki Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbin 11H sinfinin bütün məzunları qəbul imtahanında yüksək nəticə göstərərək tələbə adını qazanmışlar.
Milli Məclisin deputatı Səbinə Xasayeva Azərbaycan gənclərinin vətənpərvər ruhda böyümələrində müəllimlərin əməyinin danılmaz olduğunu qeyd etdi. Onların sayəsində işgalda olan torpaqlarımız qaytarıldı.
Yeni Azərbaycan Partiyası