Məktəbəhazırlıq qruplarının ilk dərs günü
2022 – 2023 – cü tədris ili üzrə oktyabrın 3 – dən 5 yaşlı uşaqların məktəbəhazırlıq qruplarına hazırlıqlarına start verilib. Məktəbin direktoru Səkinə Rzayeva məktəbə ilk qədəmlərini qoyan şagirdlərimizi salamlayıb hər birinə uğurlar arzu edib.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçiriləcək.
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
Məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimlərində iştirak ediblər.
5 yaşlı şagirdlərimizi təbrik edir onlara gələcək təhsil həyatında uğurlar arzulayırıq!