“Qalib Azərbaycan əsgəri ” mövzusunda sinif təşkilat saatı keçirilib
Sentyabrın 26-da ibtidai sinif müəllimi Xumar Feyzullayevanın təşkilatçılığı ilə Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsinə - 27 sentyabr Anım Gününə həsr olunmuş “Qalib Azərbaycan əsgəri ” mövzusunda tədbir keçirilib.
Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.