27 Sentyabr-Şanlı tarix

     Azərbaycan Respublikası Elm və Təhsil nazirinin "27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə " 07.09.2021- ci il tarixli F-429 nömrəli əmri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin "27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı" barədə 08.09.2021-ci il tarixli F-191 nömrəli əmrinin reallaşdırılması, məktəbdə şagirdlərə milli vətənpərvərlik ideologiyasının aşılanması məqsədi ilə məktəbdə:

 

1. Anım və Zəfər Gününə həsr olunmuş dərslər keçirilir.

 

2. Şagirdlərin Vətən müharibəsi Memorial Kompleksinə, Zəfər Muzeyinə eksursiyalar təşkil edilir

 

3. Vətən müharibəsi şəhidlərinin anım günləri keçirilir, onların məzarları ziyarət olunur, həyat və mübarizə yolunu əks etdirən videobülletenlər hazırlanır

 

4 Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərlə, qazilərlə, şəhid olmuş əsgər və zabitlərin ailə üzvləri ilə görüşlər təşkil edilir, Vətən müharibəsində şücaət göstərmiş şəhidlərin həyat və mübarizə yolunu əks etdirən videoçarxların nümayişi təşkil edilir.

 

5. Anım və Zəfər Günü ilə bağlı konfranslar, seminarlar, mühazirələr, "dəyirmi masalar", vebnarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil edilir

 

6. Anım və Zəfər Gününə həsr olunmuş yaradıcılıq müsabiqələri (rəsm, inşa, mahnı, əl işləri, videoçarx, təqdimat) keçirilir, intellektual oyunlar təşkil edilir

 

7. Məktəbdə işğaldan azad edilmiş bölgələrin tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, ədaət-ənənələri, tanınmış şəxsiyyətləri ilə bağlı tədbirlər təşkil edilir

 

8. Məktəbdə işğaldan azad edilmiş bölgələrdə həyata keçirilən quruculuq işləri ilə bağlı məlumatlar verilir, videomateriallar nümayiş edilir.

 

9. Məktəbdə Anım və Zəfər Günü ilə bağlı "açıq dərs"lər keçirilir

 

10. "Zəfər tarixi" adlı elmi-parakyik konfransın keçirilməsi planlaşdırılır.

 

Fotolarda 2 a sinfi - sinif rəhbəri Nazilə müəllimə

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi