Pedoqoji Şura İclası
12 sentyabr 2022-ci il tarixdə məktəbdə 2022-2023- cü tədris ilinin ilk Pedaqoji Şura iclası keçirildi. İclasda gündəlikdəki məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edildi. Məktəbin direktoru Sakina Khanali Rzayeva yeni təyin olunmuş 5 nəfər gənc müəllimi, Səmədova Pərvanə (ingilis dili),
Quliyev Azer(tarix), Xalıqov Xalıq (fiziki tərbiyə), Məmmədova Nərmin (informatika),
Kərimova Günay (rus dili və ədəbiyyatı), kollektivə təqdim etdi və onlara uğurlar arzu etdi.
İclasdan sonra məktəb rəhbərliyi və pedaqoji heyət məktəbin ingilis dili müəllimi Natavan müəllimə Əliyevanı yubileyi münasibəti ilə təbrik edərək ona xoş arzularını bildirdilər.