"Sentyabr Konfransı" keçirilib

    7 sentyabr 2022-ci il tarixdə paytaxtda Bakı şəhəri təhsil işçilərinin ənənəvi "Sentyabr Konfransı" keçirilib. Konfransda Elm və təhsil naziri Emin Əmrullayev tədris ilinin başlanması münasibətilə təhsil işçilərinə təbriklərini çatdırıb, uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan, perspektiv məsələlərdən bəhs edib, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub.

    Nazir Azərbaycan Prezidentinin təhsilə olan qayğısından danışıb, sosial-iqtisadi inkişaf nəticəsində təhsilin müxtəlif istiqamətlərində əldə edilən nailiyyətlərdən bəhs edib. Bildirib ki, son illər müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılıb, keyfiyyətli insan kapitalının hazırlanması prosesinin mühüm mərhələsi olan məktəbəqədər təhsildə göstəricilərin daha da yaxşılaşdırılması üçün məqsədyönlü addımlar atılıb, pedaqoji heyətin peşəkar inkişafı və motivasiyası diqqət mərkəzində saxlanılıb, elmi tədqiqat potensialı müasirləşdirilib və tətbiqyönlü tədqiqatların aparılması genişləndirilib. 

228 nömrəli tam orta məktəbin direktoru Səkinə Xanəli Rzayeva

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi