İlk Ağsaqqalar Şurası iclası
Əliheydər Kazımov adına 228 nömrəli məktəbdə ünsiyyət formatını genişləndirmək məqsədi ilə ilk dəfə Ağsaqqalar Şurası fəaliyyət göstərməyə başlayıb.Həmin Şuraya məktəbimizdə vaxtı ilə işləyən ağsaqqalar və ağbirçəklər məktəbin direktoru tərəfindən dəvət ediliblər.İlk iclasda məktəbdə aparılan islahatlar,yenidənqurma işləri barədə üzvlərə ətraflı məlumat verilib. Üzvlər Ağsaqqalar Şurasının sədrini də seçdilər:Məktəbimizin musiqi müəllimi olan, əmək veteranı Adil müəllim Şükürov artıq məktəbimizin Ağsaqqalar Şurasının sədridir.