Məktəbimizə böyük etimad göstərilib
Məktəbimizə böyük etimad göstərilib!Bakı Şəhəri üzrə Təhsil İdarəsi və British Council Training Center-in (Böyük Britaniya hökümətinin ingilis dili kursları üzrə beynəlxalq təşkilat) birgə əməkdaşlığı çərçivəsində “Dövlət Məktəblərində ingilis dilində danışıq qabiliyyətlərinin inkişaf etdirilməsi” (SPEX) layihəsində Bakı şəhəri üzrə seçilmiş 47 pilot məktəblər sırasında bizim məktəbə də yer ayrılıb.Cari tədris ilinin sonunadək ingilis dili müəllimlərimizə 160 saatlıq təlimlər təşkil olunacaq, sonda imtahan və sertifikatlaşdırma olacaq.Məktəb rəhbərliyi ingilis dili müəllimləri ilə görüşdə bu etimad münasibəti ilə kollektivi təbrik edərək, ənənəvi Təhsil Konfransında Təhsil naziri cənab Mikayıl Cabbarovun orta məktəblərdə ingilis dilinin tədrisini qeyriqənatbəxş hesab etməsini və bu sahədə Təhsil Nazirliyinin köklü dönüş yaratmaq məqsədlərini müəllimlərin nəzərinə çatdırdı.Sonda məktəb rəhbəri kollektiv adından Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə bu etimada görə səmimi təşəkkürlərini səsləndirildi.