T-Network təhsil işçilərinin təşkilatçılığı ilə məktəb direktorlarının görüşü keçirilib
21 may 2022-ci il tarixdə paytaxtda T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının direktoru Jafar Mansimi müəllim və Qoşqar Məhərrəmovun təşkilatçılığı ilə Bakı şəhərində ölkənin 50-yə yaxın məktəb direktorunun iştirakı ilə görüş keçirilib.
Görüşdə məktəb idarəetməsinin aktual problemləri və onların həlli yolları haqqında fikir mübadiləsi aparıldı.
Dünyanın inkişaf etmiş mütərəqqi dövlətlərinin mexanizmlərinə inteqrasiyaya da toxunuldu. Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında səfərdə olmuş məktəb direktorları Cavad Cavadlı və Əlihüseyn müəllim ABŞ-ın ümumtəhsil məktəblərinin idarə olunması mexanizmləri haqqında təəssüratlarını şərh etdilər.
Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri xanım Mehriban Vəliyevanın iştirakı iştirakçılar tərəfindən böyük maraq və məmnunluq hissi ilə qarşılandı. Mehriban xanım səmimi bir ortamda respublikanın müxtəlif regionlarəndan olan məktəb direktorları ilə müzakirələrdə iştirak etdi. Tədbirin sonunda Mehriban xanım çıxış edərək məktəblərimizin effektiv idarə olunmasına dair dəyərli tövsiyələr verdi.
Tədbirin təşkilinə görə T-network platformasının direktoru Cəfər müəllimə, Qoşqar müəllimə və Təhsil Nazirliyinə təşəkkür edirik!