Məktəbimizin məzunu, 605 bal toplayaraq ADA Universitetinə qəbul olunmuş Abbaslı Aydın Elbrus oğlu məktəb rəhbərliyi ilə görüş

Məktəbimizin məzunu, 605 bal toplayaraq ADA Universitetinə qəbul olmuş Abbaslı Aydın Elbrus oğlu məktəb rəhbərliyi ilə görüşərək məktəbdə aparılan yenidənqurma işlərini,islahatları yüksək qiymətləndirmiş, şagird kollektivi tərəfindən məktəbin yeni siması müsbət qarşılandığını bildirmiş və gələcək əməkdaşlığını təklif etmişdir.Aydının həm düşüncə tərzində, həm sərbəst davranışında, həm dünyagörüşündə qısa müddət ərzində dəyişikliklərin baş verməsinin şahidi oldum: bunun səbəbi birmənalı olaraq tam fərqli bir təhsil məkanı-ADA Universitetidir.Aydınla razılaşdıq ki,məktəbimizin Facebook səhifəsinin moderatorluğunu digər məzunumuz İrfandan təhvil alsın və oranı canlandırsın.Digər tərəfdən, məktəbin intellektual yarışmalar ənənəsini davam etdirsin. Öz tərəfimizdən söz verdim ki, əvvəlki kimi, şənbə və bazar günləri məktəbin akt zalı intellektual yarışmalar üçün şagirdlərin təmmənnasız olaraq sərəncamına veriləcək.Bir sözlə, bu kimi nümunəvi məzunumuzla, məktəbimizin, iqtisadi terminlə desək, "keyfiyyətli məhsulu" ilə söhbətdən zövq aldım. Zamanımız boşa getmədi!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi