Azərbaycanda səfərdə olan Moldovanın ombudsmanı Aureliya Qriqoriu və Moldova İctimai Palatasının sədri Dmitriy Qriqoriu 228 nömrəli tam orta məktəbin qonağı olub.

Moldova Respublikasının Ombudsmanı Aureliya xanım Qriqoriu və Moldova Respublikası İctimai Palatasının Sədri Dmitriy Qriqoriu Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbin qonaqları oldular.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının və Azərbaycanın 1-ci Xanımı Mehriban xanım Əliyevanın təhsilə olan qayğıları və diqqətləri barədə qonaqlara ətraflı məlumat verildi.Məktəbin kollektivi və şagirdləri Azərbaycan və Moldova milli mahnılarını,rəqslərini və digər kompozisiyaları qonaqlara təqdim etdilər. Aureliya Qriqoriu 228 saylı məktəbin Pedaqoji Şurasının qərarı ilə məktəbin "Fəxri müəllimi" adına layiq görüldü.Qonaqlar məktəbə baxış keçirərkən məktəbdə gedən yenidənqurma işlərdən məmnun qaldıqlarını bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi