“Zəfər tarixi” adlı konfranslar keçirilir

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində “Zəfər tarixi” adlı silsilə konfransların keçirilməsi ilə bağlı əmr imzalanıb. Əmrə əsasən “Zəfər tarixi” konfranslarının müəllim və şagirdlərin iştirakı ilə 2022-ci ilin aprel-noyabr aylarında keçirilməsi nəzərdə tutulur.

    Aprelin ayının 29-da məktəbimizin 9"b" sinfində tarix müəllimi Vüsalə Əliyevanın təşkilatçılığı ilə “Zəfər tarixi” adlı konfrans təşkil edilib. Konfransda şagirdlər Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə söhbət açıb. Şagirdlər Prezident İlham Əliyevin böyük sərkərdəlik məharəti, müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib Azərbaycan əsgər və zabitlərinin yazdıqları şərəfli tarixdən bəhs ediblər. Konfransda məktəbin direktoru Səkinə Rzayeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Səadət Həmidova, tarxi müəllimi Nuridə Nəcəfova, Məlahət Maliki və Minə Həsənova iştirak edib.

    Konfransların keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, təhsilalanları Zəfər tariximiz barədə geniş şəkildə məlumatlandırmaq, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı şagirdlər arasında tanıtmaq və onların xatirəsini yad etməkdən ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi