Əziz Şuşa, sən azadsan!" adlı məktəbdaxili Şahmat Çempionatının gələcək qalibləri üçün hədiyyələri alınıb
BŞTİ- nin 31 mart 2022-ci il tarixli F-121 nömrəli əmri ilə təsdiqlənmiş "Şuşa ili" ilə bağlı tədbirlər planının 4-cü bəndini reallaşdırmaq və məktəb adını daşıdığı I Qarabağ Savaşı şəhidi Əliheydər Kazımovun xatirəsini yad etmək məqsədi ilə 25 aprel 2022-ci il tarixdə saat 11:00-da məktəbin akt zalında keçirəcəyimiz "Əziz Şuşa, sən azadsan!" adlı məktəbdaxili Şahmat Çempionatının gələcək qalibləri üçün hədiyyələri aldıq.
Yarış FİDE-in (Beynəlxalq Şahmat Federasiyası) qaydalarına əsasən "İsveçrə" sistemi üzrə 7 turdan ibarət olmaqla keçiriləcək. Oyuna nəzarət vaxtı hər bir iştirakçıya oyunun sonunadək 10 dəqiqə və hər gedişə 2 saniyə əlavə olunmaqladır.
Bilmirik kimlər qalib olacaq. Hər iştirakçıya uğurlar arzu edirik!