V siniflərdə fənnlər üzrə monitorinqlər aparılır
Məktəbin illik fəaliyyət planına uyğun olaraq təlim-tərbiyə işləri üzrə direktor müavini Səadət Həmidovanın rəhbərliyi ilə 5-ci siniflərdə fənnlər üzrə monitorinqlər aparılır.
Şagirdlər 45 dəqiqə ərzində onlara təqdim olunan həm qapalı, həm də açıq sualları cavablandırıblar.
Məqsəd tədris keyfiyyətinin artırılması, şagirdlərin fənnlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, onların elmlərə marağını artırmaq və yeni biliklər qazandırmaqdır.