"Əziz Şuşa, sən azadsan!" adlı məktəbdaxili Şahmat Çempionatı keçirilir

    BŞTİ- nin 31 mart 2022-ci il tarixli F-121 nömrəli əmri ilə təsdiqlənmiş "Şuşa ili" ilə bağlı tədbirlər planının 4-cü bəndini reallaşdırmaq və məktəb adını daşıdığı I Qarabağ Savaşı şəhidi Əliheydər Kazımovun xatirəsini yad etmək məqsədi ilə 25 aprel 2022-ci il tarixdə saat 11:00-da məktəbin akt zalında "Əziz Şuşa, sən azadsan!" adlı məktəbdaxili Şahmat Çempionatı keçirməyi planlaşdırmışıq.

Çempionatda Rusiyada Azərbaycanlıların aşağıda adları çəkilən diaspora sədrləri də iştirak edəcəklər:

1. Əli Kazımov - Rusiya Federasiyasının Moskva şəhərində Moskva Şəhəri Azərbaycanlılarının Milli-mədəni Avtonomiyasının sədri (şəhid Ə.Kazımovun qardaşı)

2. Qasımov Tərlan - Arxangelsk vilayətinin Azərbaycanlıların Diaspora sədri

3. Kərimov İlkin - Orenburq

Azərbaycanlıların Diaspora sədri

4. Mikayılov Akif - Komi Respublikası Azərbaycanlıların İcma sədri

5. Əliyev Osman - Kirov Azərbaycanlıların Diaspora sədri

Finalda 3 qalibə deaspora sədrlərinin maliyyə dəstəyi ilə planşetlər, digər iştirakçılara isə həvəsləndirici mükafatlar hədiyyə olunacaq.

Hazırda 79 nəfər şagirdimiz final uğrunda mübarizə aparır.

Sahil qəsəbəsi 11 saylı Uşaq-Gənclər İdman məktəbinin direktoru Natiq müəllimə, Cavid müəllimə və digər şahmat müəllimlərinə yarışın yarımfinal turunun təşkilində göstərdikləri dəstəyə görə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi